Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranda uranın zənginləşdirilməsi məsələsi ilə bağlı açıqlamaları son bir həftə ərzində iki dəfə İsrailin baş naziri Benyamin Netanyahunu narahat edib.
Məlumata görə, son həftələrdə ABŞ və İsrail rəsmiləri arasında münasibətlər bu problemin həlli ilə bağlı artan fikir ayrılıqları səbəbindən gərginləşib.
Qeyd olunub ki, Netanyahu Trampın İranın nüvə obyektlərinə hərbi hücum variantına dəstək verməməsindən narazı qalıb və Tehranla danışıqlar aparmaq qərarından məyus olduğunu bildirib.