“Beşiktaş”ın hücumçusu Çiro İmmobile klubdakı taleyi haqda danışıb.
Futbolpress.az xəbər verir ki, o, “Adana Demirspor”la oyundan (4:1) sonra açıqlama verib. İtaliyalı forvard haqqında çıxan xəbərlərin yalan olduğunu və “Beşiktaş”da özünü xoşbəxt hiss etdiyini deyib.
Daha əvvəl İmmobilenin yayda “Beşiktaş”dan ayrılmaq istədiyi iddia edilib.
35 yaşlı hücumçu bu mövsüm Super Liqada 28 oyunda 15 qol vurub.