EN

Prezident Xalq artistindən nə soruşub?

Dünən Ağdamımızda belə bir mərkəzin açılması mədəniyyət tariximizə qızıl hərflərlə yazıldı. Cənab Prezidentimizin də səhnəyə çıxaraq sənətçilərlə səmimi görüşü əlbəttə ki, bizim üçün qürur hissi oldu.

Publika.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Xalq artisti Mənsum İbrahimov Ağdamda Muğam Mərkəzinin açılışı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Xalq artisti səhnədə ölkə lideri ilə qısa söhbətininin təfərrüatlarını da açıqlayıb: "Cənab Prezident xanəndələrlə görüşəndən sonra mənə dedi ki, bu uşaq kimdir, hardandır? Dedim 9 yaşı var və ağdamlıdır. Sonra həmin məlumatı Mehriban xanıma dedi.

Daha sonra mən Cənab Prezidentə xatırlatdım ki, Siz 2018-ci ildə Quzanlıda Muğam Mərkəzinin açılışında görüş zamanı bizə dediniz: Çox yaxınlarda Ağdamımızın mərkəzində bunun daha möhtəşəmini tikəcəyik. Və O da bu sözə gülümsəyərək cavab verdi: Bəli, Mən bunu xatırlayıram.

Chosen
0
7
publika.az

8Sources