EN

Türkiyədə Azərbaycan Kino Günləri keçiriləcək

Türkiyənin İstanbul şəhərində Azərbaycan Kino Günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, kino günləri Azərbaycan və Türkiyə Mədəniyyət nazirliklərinin birgə layihəsi olaraq gerçəkləşdiriləcək.

Azərbaycan Kino Günləri respublikamızın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Proqram çərçivəsində Azərbaycan və Türkiyədən olan kino mütəxəssisləri tərəfindən ortaq film istehsalı da müzakirə ediləcək.

Tədbirin açılış mərasimi mayın 12-də saat 18:00-da İstanbulun “Atlas Sinema” kinoteatrında baş tutacaq.

Qeyd edək ki, filmlərin nümayişi mayın 14-ə qədər davam edəcək.

Chosen
0
9
kulis.az

10Sources