Ukrayna prezidenti Volodimir Zelenski bazar günü axşam ukraynalılara müraciətində öz anasına da səslənib.
Bizim.Media xəbər verir ki, Telegram kanalında yayımlanan videomüraciətində Zelenski diplomatik hadisələrdən və tərəfdaşlarla aparılan danışıqlardan bəhs edib.
Videonun sonunda o, mayın 11-i bazar günü Ukraynada Analar Günü olduğunu xatırladıb. Anasına təşəkkür edərək, ona görə narahat olmamağa çağırıb.
Xatırladaq ki, Ukraynada Analar Günü mayın ikinci bazar günü dövlət səviyyəsində qeyd olunur. Bu bayram Prezidentin 1999-cu ildə imzaladığı fərmanına əsasən təsis edilib.
Dünyanın bir çox ölkəsində, Amerika Birləşmiş Ştatları, Kanada, Yaponiya, İtaliya və Avstraliya da daxil olmaqla Analar Günü may ayının ikinci bazar gününə təsadüf edir. (Modern)
Bizim.Media