Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böhranların həlli istiqamətində, o cümlədən Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması məsələsində prinsipial mövqeyi dünyada böyük etimad qazanıb.
Publika.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik Türkiyə və Rusiya liderləri arasında telefon danışığını şərh edərkən deyib.
Hakim partiyanın nümayəndəsi beynəlxalq hüquq böhranına və gərginliklərin azaldılması üçün göstərilən diplomatik səylərin uğursuzluğuna diqqət çəkib. “Dünya miqyasında baş verən proseslər fonunda Türkiyə və onun lideri ədalətin və aktiv diplomatiyanın “doğru ünvanı” kimi qəbul edilir”, - deyə O.Çelik bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Türkiyə lideri Rusiya Prezidentinin İstanbulda Ukrayna ilə sülh danışıqlarını bərpa etməyə hazır olması barədə bəyanatından məmnunluğunu ifadə edib.