EN

Polşa ticarət mərkəzindəki yanğında Rusiyanı günahlandırır

Polşanın Baş naziri Donald Tusk ötən il paytaxtın Bialoleka bölgəsində yerləşən ticarət mərkəzində baş vermiş yanğın haqda yazıb.

Operativ Media xəbər verir ki, o, məsələyə “X” sosial media platformasında etdiyi paylaşımda toxunub.

“Marywilska 44 adlı ticarət mərkəzində baş verən yanğının Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş qəsdən yandırma olduğunu dəqiq bilirik”, – deyə Tusk bildirib və hadisə ilə bağlı bəzi şəxslərin saxlanıldığını qeyd edib.

Tusk hadisə ilə əlaqəli olduğu ehtimal edilən digər şəxslərin kimliklərinin müəyyən edildiyini və onların tutulması üçün işlərin davam etdirildiyini vurğulayıb.

Bialolekadakı ticarət mərkəzində 2024-cü il mayın 12-də yanğın baş vermişdi. Yanğın çox qısa müddətdə yayılmış və ticarət mərkəzinin demək olar ki, tamamı zərər görmüşdü.

1Sources