EN

Rumıniya-Ukrayna sərhədində zəlzələ baş verdi

Rumıniyanın Ukrayna ilə həmsərhəd ərazisində zəlzələ baş verib.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, təbiət hadisəsi 4,4 bal gücündə Vrança seysmik zonasında, 125 kilometr dərinlikdə baş verib.

"Zəlzələ aşağıdakı şəhərlərin yaxınlığında baş verib: Fokşanidən 50 kilometr qərbdə, Buzeudan 59 kilometr şimalda, Sfantu-Georqdan 64 kilometr şərqdə, Brasovdan 73 kilometr şərqdə, Ployeştidən 87 kilometr şimal-şərqdə...".

Baş Xüsusi Nəzarət Mərkəzi bildirir ki, zəlzələnin ocağı Rumıniya ərazisində, Ukrayna ilə sərhəddən 135 kilometr aralıda olub. Odessa sakinləri də yeraltı təkanları hiss ediblər

Dağıntı və tələfat yoxdur.

Chosen
0
1
axar.az

10Sources