EN

Göyçayda güclü yanğın: Ev sahibinə küllü miqdarda ziyan dəydi - FOTO

Göyçay rayonunun Çərəkə kəndində yanğın olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın zamanı kənd sakini 56 yaşlı Şirinov Sahib Mikayıl oğluna məxsus ümumi sahəsi 300 kv metr olan talvar yanar konstruksiyaları ilə və talvarında dayanmış FORD tranzit markalı yük maşını, eləcə də həyətdə olan 200 kv metr olan tövlə və tövlənin içərisində olan ot bağlaması, elektrik generatoru toy sifarişləri üçün qab-qacaqlar yanaraq külə dönüb.
 

Tövkənin 100 kv metr hissəsi isə yanğından mühafizə olunub.


Hadisə yerinə FHN-in Göyçay rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.

Hazırda fakt araşdırılır.



Bizim Media, Aran bürosu

Chosen
0
7
bizim.media

10Sources