HAMAS hərəkatının nümayəndələri ABŞ administrasiyası ilə Qəzza zolağında atəşkəsin əldə olunması ilə bağlı birbaşa danışıqlar aparır.
APA xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Məlumata görə, danışıqlar son bir neçə gündə davam edir. Tərəflərin nümayəndə heyətlərinin tərkibi açıqlanmır.
Müzakirələrdə əsas mövzular atəşkəs və Qəzzaya humanitar yardımın bərpası ilə bağlı məsələlərdir.
Hazırda əlavə təfərrüatlar açıqlanmayıb.