EN

İsrail Yəmənin üç limanına HÜCUM ETDİ

İsrail aviasiyası Yəməndə Ənsar Allah (husi) hərbi-siyasi hərəkatının nəzarətində olan 3 limana zərbələr endirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail aviasiyası Əl-Hodeyda əyalətinin Hudeyda, Ras İsa və Əs-Salif limanlarına hücum edib. Husilərin rəhbərlik etdiyi hökumətin Daxili İşlər Nazirliyi İsrail qüvvələrinin bölgəyə zərbələr endirdiyini təsdiqləyib.

Bundan əvvəl İsrail ordusu Yəmənin 3 limanından insanları təxliyə etməyə çağırıb. Sözügedən limanlar Hodeyda, əl-Salif və Ras İsa limanları olub.

Chosen
0
2
publika.az

3Sources