EN

Bu xəstəliyi görməzdən gəlməyin!

Dünya üzrə 300 milyondan çox insana təsir edən astma xəstəliyi qadınlarda niyə daha çox müşahidə olunur?


Manset.az Milli.az-a istinadən xəbər verir ki, genetik meyllilikdən tutmuş allerqik quruluşa qədər bir çox səbəbi Sinə Xəstəlikləri üzrə mütəxəssis Dr. Didem Özkan izah edib.

Dünya Astma günü münasibətilə açıqlama verən həkim astmanın qısa tərifini belə verib:

"Astma tənəffüs yollarında iltihab və daralma ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu dəyişikliklər nəfəs darlığına səbəb olaraq insanın gündəlik həyatını mənfi təsir edir".

Astma​nın səbəbləri nələrdir?

Dr. Özkan qeyd edib ki, astma genetik və ətraf mühit faktorlarının birlikdə təsiri ilə yaranır.

Bu səbəblər arasında:

Genetik meyllilik

Allergenlərə məruz qalma

Siqaret tüstüsünə uzunmüddətli məruz qalma

Körpəlik və erkən uşaqlıq dövründə tənəffüs yolu infeksiyaları

Hava çirkliliyi

Toz və kimyəvi maddələrlə iş əlaqəli təmas

Piylənmə

Aşırı fiziki fəaliyyət

Stress

Soyuq hava

Reflü xəstəliyi

yer alır.

Qadınlar daha çox risk altındadır

"Astma hər yaşda və hər kəsdə görünə bilər", - deyən Dr. Özkan "Ailədə astma xəstəsi varsa, genetik risk artır. Allerqik rinit və ya ekzema kimi xəstəlikləri olanlarda da risk yüksəkdir. Qlobal olaraq 300 milyon, Türkiyədə isə 3-4 milyon arasında astma xəstəsi olduğu təxmin edilir. Xəstəlik böyüklərdə 6-12%, uşaqlarda isə 6-15% nisbətində görülür. Xüsusilə qız uşaqları və qadınlarda daha sıx rast gəlinir", - deyə əlavə edib.

Bahar və yayda artış müşahidə olunur

Dr. Özkan bildirib ki, bahar və yay aylarında müxtəlif allergenlərə məruz qalma astım əlamətlərini artırır. Qış aylarında baş verən infeksiyalar isə astım tutmalarını tətikləyə bilər.

Əlamətlərə diqqət edin!

Astımın əsas simptomları bunlardır:

Nəfəs darlığı

Gülərkən, danışarkən və ya fiziki fəaliyyət zamanı öskürək

Gecə tutma şəkilli öskürəklər

Xırıltılı nəfəs alma

Sinə sıxıntısı

Nəfəs alıb-vermə zamanı fit səsi


Baş gicəllənməsi


Danışmaqda çətinlik


Bu əlamətlərin təkrarlanması və keçməməsi halında mütləq mütəxəssisə müraciət edilməlidir.


Diaqnoz necə qoyulur?


Astmanın diaqnozunda xəstənin şikayətləri və tibbi tarixi əsas rol oynayır. Bununla yanaşı, fiziki müayinə, tənəffüs funksiyası testləri, ağciyər rentgeni və allergiya testləri də istifadə olunur.


Müalicə fərdiləşdirilməlidir


Müalicənin məqsədi əlamətləri və tutmaları azaltmaq və ağciyər funksiyasını yaxşılaşdırmaqdır. Astmanın ağırlıq dərəcəsinə görə müalicə fərqlənir və həkimlə birlikdə fərdi astım idarə planı hazırlanır.


İstifadə olunan dərmanlar:


Nəzarətçi dərmanlar:


İnhalyasiya edilən kortikosteroidlər (ICS)


Uzunmüddətli beta aqonistlər (LABA)


Anti-lökotrien dərmanlar


Bioloji müalicələr


Allergiyaya qarşı müalicələr


Xilasedici dərmanlar (tutma zamanı):


Qısa təsirli beta agonistlər (SABA)


Ağızdan qəbul edilən kortikosteroidlər


Astımdan necə qorunmalı?


Evdə allergenlə təmas azaldılmalı (xalça, yün yorğan, canlı güllər yığışdırılmalı)


Toz və nəmli mühitdən uzaq durulmalı


Bahar aylarında maskadan istifadə edilməli


Siqaret çəkmək və siqaret çəkilən yerlərdə olmaq olmaz


Hər payızda qrip peyvəndi olunmalıdır


Məşq tutmanı artırırsa, öncədən dərman istifadə olunmalıdır


Reflü varsa, müalicə edilməlidir


Astıma qarşı faydalı tövsiyələr


Mütəmadi fiziki fəaliyyət və nəfəs məşqləri


Bol maye qəbulu


Duzlu su ilə qarqara


İsti buxar nəfəsi alma


Zəncəfil və zərdəçal ilə bal qarışımı


Adaçayı və kəklikotu çayı (ölçülü şəkildə)


C vitamini və maqneziumla zəngin qidalar


Somon balığı kimi Omeqa-3 mənbələri


D vitamini ehtiva edən qidalar (süd, yumurta)


Beta karotenlə zəngin yerkökü və yaşıl yarpaqlı tərəvəzlər


Kalsium və proteinlə zəngin balanslı qidalanma

Chosen
0
4
manset.az

5Sources