EN

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

Misli Premyer Liqasının 34-cü turunda "Azərsun Arena"da "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Araz Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Oyun barədə çox danışa bilməyəcəm. Çox zəif oynadıq. "Qarabağ" bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Daha düzgün yanaşma, düzgün istiqamətlə iki oyunu düşünməliyik.

Ramon Maçadonu əvəzləməyim? Maçado da bu matçda ən zəif oyununu göstərdi. Limitə girdiyindən gələn oyunu da düşündük. Komanda olaraq zəif oynadıq. Onu da qəbul etmək lazımdır. Rəqib bizdən üstün idi".

Chosen
0
fanat.az

1Sources