EN

Mbappe het-trik etdi, "Real Madrid" MƏĞLUB OLDU

Kataloniya Barselonası İspaniya çempionatında "Real Madrid"i məğlub edib.

Publika.az xəbər verir ki, Kataloniyada keçirilən görüş 4:3 hesabı ilə başa çatıb.

Matçın beşinci dəqiqəsində Kilian Mbappe penaltini qola çevirərək hesabı açıb. 14-cü dəqiqədə Mbappe komandasının ikinci qolunu vurub. Hətta fasilədən əvvəl "Barselona"nın futbolçuları Erik Qarsiya, Lamine Yamal və iki dəfə fərqlənən Rafinya "Real"ın qapısına dörd qol vurub. Fasilədən sonra Mbappe final fitinə 20 dəqiqə qalmış dah 1 qol vurub.

"Barselona" 82 qolla İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir. "Real Madrid" 75 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 70 xalla “Atletiko Madrid” tamamlayır.

İspaniya çempionatının növbəti turunda “Barselona” “Espanyol”la qarşılaşacaq. "Real Madrid" "Malyorka" ilə üz-üzə gələcək.

Chosen
0
5
publika.az

10Sources