BAKI, 11 may. TELEQRAF
“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 35-ci turunda “Barselona” ilə matçda iki qol vuraraq, rekorda imza atıb.
Teleqaf xəbər verir ki, fransalı forvard “Kral Klubu”nda debüt mövsümündə 37-ci və 38-ci qollarını vurub.
Beləliklə, 26 yaşlı hücumçu 1992/1993 mövsümündə debütdə 37 qol vuran “Real”ın çilili sabiq futbolçusu İvan Zamoranonun rekordunu təzələyib.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan “El Klasiko”da “Barselona” 4:2 hesabı ilə öndədir.