TOVUZ, 11 may. TELEQRAF
"Gərgin və maraqlı oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi".
Teleqraf xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis qarşılaşmanın baş hakimi İnqilab Məmmədovdan narazı qaldığını söyləyib: "Hər iki komanda qalib gəlmək istəyirdi. Baş hakim "Kəpəz"in qələbə qazanması üçün hər şey etdi. Bizim də qol imkanlarımız var idi".