EN

Mbappe "Real"da rekorda imza atdı

style='margin-bottom:10px;'>

"Real"ın hücumçusu Kilian Mbappe klubun heyətində debüt mövsümündə vurduğu qolların sayı üzrə rekorda imza atıb. 

QOL.az xəbər verir ki, o, La Liqanın 35-ci turunda "Barselona"ya qarşı keçirilən oyunda dubl edərək bu uğura imza atıb. Bu qollar fransalı hücumçunun "kral klubun"dakı ilk mövsümündə 37-ci və 38-ci qolları olub. Daha sonra isə fərqlənərək het-trik edib və qol sayını 39-a çatdırıb. 

Beləliklə, 26 yaşlı futbolçu, 1992/1993 mövsümündə 37 qol vuran "Real"ın keçmiş futbolçusu İvan Samoranonun rekordunu qırıb.

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında Madrid klubuna azad agent kimi qoşulub. Onun klubla olan hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

Chosen
0
5
teleqraf.com

10Sources