EN

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, seçməmiz Belarusun uyğun yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında mayın 9-da təşkil olunan ilk yoxlama görüşündə təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.

Chosen
0
4
fanat.az

6Sources