EN

Daşaltı kənd məscidi Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub (FOTO)

Şuşa. Trend:

İşğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işləriçərçivəsində məscidlərin bərpası və inşası da mühüm yer tutur.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanıniştirakı ilə mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidininaçılışı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlıgörülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov Trend-in bölgə müxbirinəbildirib ki, Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrındaAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım MehribanƏliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıqüslubunda inşa edilib.

İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma vəbədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbininənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələrlayihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrininformasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda150-dən çox insan ibadət edə biləcək.

Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldanazad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, diniocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyitapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılanməscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycandövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixizənginliyinə verdiyi qiymətin göstəricisidir.

Daşaltı
Daşaltı
Daşaltı
Daşaltı
Daşaltı
Məqalədə:
Chosen
0
9
az.trend.az

10Sources