EN

Vaşinqton və Tehran danışıqlarının növbəti raundu

Omanın paytaxtı Maskatda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların növbəti raundu başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

 

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.

 

Xatırladaq ki, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə danışıqların ilk raundu aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda baş tutub.

Chosen
0
14
modern.az

10Sources