AZ

Danışıqların növbəti raundu başladı

Omanda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların dördüncü raundu başlayıb.

Bu haqda ISNA məlumat yayıb.

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.

Qeyd edək ki, nümayəndələr arasında danışıqların birinci raundu aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda keçirilib.

"Cebheinfo.az"

Seçilən
0
19
cebheinfo.az

10Mənbələr