EN

Türkiyənin İğdır şəhərində Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb

Mayın 10-da İğdırdakı Azərbaycan Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Cəmiyyəti və İğdır Azərbaycan Evi Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə iki qardaş ölkənin siyasi partiya funksionerləri, alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Natiqlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində tarixi rolunu vurğulayıb, Ulu Öndərin ölkəmizin inkişafında, qardaş Türkiyə ilə yaxınlaşmasında və Türk dünyasının birləşməsində xidmətlərini qeyd ediblər.

Alimlər və siyasətçilər yeni nəsillər üçün əvəzsiz irs qoyan müasir Azərbaycanın memarının kursunun taleyüklü xarakterini vurğulayıblar.

İğdırdakı Azərbaycan Evi Cəmiyyətinin rəhbəri Sərdar Ünsal Azərbaycanın dahi oğlunun xatirəsini ehtiramla yad etməyə, görkəmli siyasətçinin vəsiyyəti və kursuna əməl etməyə çağırıb.

Heydər Əliyevin həyatına həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Tədbir Azərbaycan xalqının Ümummilli Liderinin fotoşəkillərindən ibarət sərginin açılışı ilə başa çatıb.

Chosen
0
1
xalqqazeti.az

2Sources