EN

Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır - Ərdoğan

BAKI, TurkicWorld

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan, Rusiyanın Ukrayna ilə sülh danışıqlarının İstanbulda davam etdirilməsi təklifini məmnuniyyətlə qarşıladığını bildirib və qeyd edib ki, Türkiyə qalıcı həllə aparacaq danışıqlara ev sahibliyi etməyə hazırdır.

Türkiyə Prezidenti sülhə çatmaq üçün yeni bir fürsət pəncərəsinin açıldığını qeyd edərək, hərtərəfli atəşkəsin sülh danışıqları üçün zəruri mühiti yaradacağını vurğulayıb.

Qeyd edək ki, Vladimir Putin daha əvvəl Ukrayna ilə birbaşa danışıqların mayın 15-də İstanbulda yenidən başlanmasını təklif etmişdi. O, Türkiyənin bu prosesdəki mühüm rolunu vurğulayaraq, Ərdoğanla bu məsələ ilə bağlı ayrıca danışacağını bəyan etmişdi.

Chosen
0
24
turkic.world

10Sources