EN

"Şamaxı"nın müdafiəçisi: "Çatışmayan cəhətlərim var, onları yaxşılaşdırmağa çalışıram"

"Hazırda öz üzərimdə işləyirəm. Çatışmayan cəhətlərim var. Çalışıram ki, bu cəhətləri yaxşılaşdırım. Bütün fikrimi "Şamaxı"ya yönəltmişəm, qalan oyunlara fokuslanmışam".

İdman.biz xəbər verir ki, bunu U-21 yığma komandamızın və "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov Sportal.az-a açıqlamasında deyib.

Almaniya klublarının maraq dairəsində olduğu iddia edilən Abbasov məsələ haqda bunları deyib: "Hazırkı klubumla 1 illik müqaviləm var. Bütün diqqətimi öz oyunuma yönəltmişəm. Gələcəkdə necə olacağını isə elə zaman göstərəcək".

Bu mövsüm Misli Premyer Liqasında adından söz etdirən 20 yaşlı futbolçu gələn ay keçiriləcək Azərbaycanın millisinin toplanışına cəlb olunmaq şansında bəhs edib: "Təbii ki, hər bir futbolçunun arzusu milli komandada oynamaqdır. Lakin nə vaxt məsləhət bilsələr, o vaxt çağırarlar. Hazırda bütün fikrimi növbəti oyunlara və özümə yönəltmişəm. Özümü daha çox inkişaf etdirim, ümid edirəm ki, nə vaxtsa əsas millimizin formasını geyinmək mənə də qismət olacaq".

İdman.biz

Chosen
0
2
idman.biz

3Sources