Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlara dair təklifini qeyri-kafi qiymətləndirib. SİA xəbər verir ki, bu barədə “Frans Presse” (AFP) agentliyi məlumat yayıb.
“Vladimir Putinin Kiyev və onun avropalı müttəfiqlərinin tələb etdiyi 30 günlük atəşkəsə cavab olaraq Rusiya və Ukrayna arasında birbaşa danışıqlar təklifi ilk addımdır, lakin kifayət deyil”, – Makron deyib.
AFP Fransa prezidentinin sözlərindən sitat gətirir: "Şərtsiz atəşkəsdən əvvəl danışıqlar aparılmır".
Makron əlavə edib ki, Putin çıxış yolu axtarır, amma yenə də vaxt qazanmaq istəyir.