Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair Cenevrə danışıqları mayın 11-də də davam edəcək.
Publika.az xəbər verir ki, mayın 10-da keçirilmiş danışıqlarda yekun nəticə əldə olunmasa da, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında danışıqların konstruktiv şəkildə keçdiyini, böyük irəliləyişin əldə olunduğunu yazıb.
Qeyd edək ki, danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Besent rəhbərlik edir.
Bu, Donald Trampın hazırkı prezidentliyi dövründə iki ölkə arasında rüsum və ya ticarət müharibəsi başlayandan bəri ilk yüksəksəviyyəli təmasdır.
Çin tərəfi görüşün ABŞ-ın istəyi əsasında baş tutduğunu açıqlayıb.