EN

İran və ABŞ arasında nüvə müzakirələrinin növbəti raundu başlayıb

Bakı. Trend:

İranın nüvə proqramı üzrə İran və ABŞ arasında dolayımüzakirələrin 4-cü raundu Oman Krallığının Məsqət şəhərindəbaşlayıb.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.

Məlumat görə, nüvə danışıqlarında İranın nümayəndə heyətinə İranxarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinəABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofbaşçılıq edir.

Danışıqlar Oman Krallığının xarici işlər naziri Seyid BədrƏlbusəidinin vasitəçiliyi ilə həyata keçrilir.

Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞarasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlərnaziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndəheyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndəheyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi StivUitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cüraundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtıRomada baş tutub.

Məqalədə:
Chosen
0
50
az.trend.az

10Sources