Bakı. Trend:
İran müəyyən öhdəliklər olmadan İran-ABŞ arasında nüvə proqramıilə əlaqədar davam edən dolayı danışıqlarda razılaşmanın əldəolunmasının mümkün olmayacağını elan edib.
Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda keçirilən 36-cı Beynəlxalq KitabSərgisində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın nüvə proqramının dayandırılmasıməsələsi əsla irəli sürülmür və İran həmişə təhlükəsizlikzəmanətlərinin verilməsinin vacibliyini qeyd edib.
Bəqai bildirib ki, İran və ABŞ arasında dolayı müzakirələr tamdiqqətlə və müəyyən göstərişlər əsasında davam etdirilir. İrantərəfi qarşı tərəfin davranışını diqqət mərkəzində saxlayır ki, hərmərhələdə ona uyğun qərar verə bilsin.
“İran və ABŞ arasında dolayı müzakirələrin növbəti turunda daİranın əvvəlki siyasəti izləniləcək. İran müzakirələr prosesindəeffektiv rola sahib bütün tərəflərlə təmasdadır”, - deyə o qeydedib.
Qeyd edək ki, 12, 19, 26 aprel və 11 may tarixlərində İran vəABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin4 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xariciişlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndəheyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndəheyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi StivUitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cüraundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtıRomada baş tutub.