İtaliya A Seriyasının “Kalyari” ilə 36-cı tur ev oyunu ispan mütəxəssis Sesk Fabreqasın çalışdırdığı “Komo” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “göl adamları” “adalılar” üzərində 3:1 hesablı əzmkar qələbəyə seviniblər.
Sözügedən komanda bununla da A Seriyasının cari mövsümündə ardıcıl 6-cı qələbəsini rəsmiləşdirməklə, “Latsio”nun 52 il qabaq müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
Belə ki, “Komo” “Latsio”dan sonra B Seriyasından A Seriyasına çıxdığı ilk mövsümdə ardıcıl 6 qələbəni sıralamış ilk klub olub.
Bu komanda “göldə” “Montsa” (3:1), “Torino” (1:0), “Leççe” (3:0), “Cenoa” (1:0) və “Parma”nı “batırıb”. Maraqlıdır ki, “Komo” bu oyunlarda rəqiblərin favorit olaraq qiymətləndirildiyi halda qələbə qazanıb. Göründüyü kimi, sözügedən komanda cəmi bircə qələbə də qazanacağı halda mütləq rekordçu ola bilər.
36 oyundan 48 xal toplamış “Komo” İtaliya A Seriyasının yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Kalyari” isə 33 xalla 14-cü pillədədir.
A Seriyasına 77 xalla “Napoli” başçılıq edir.