EN

Bu ölkədə avtobus aşdı: 15 ölü, 20 yaralı

Şri-Lankanın Kotmale şəhərində sərnişin avtobusun aşması nəticəsində 15 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat verib.

Daha 20 nəfərin yaralandığı bildirilir.

Zərərçəkənlərin xəstəxanalara çatdırıldığı qeyd edilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Qəzanın səbəbləri araşdırılır.

Chosen
0
1
axar.az

10Sources