EN

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

"Bayern Münhen" yeni futbolçu transfer etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabları üzərindən yayıb.

Xəbərə görə, bu, Almaniya millisinin və "Bayer Leverkuzen"in müdafiəçisi Conatan Tadır. Mənbə Münhen klubunun Tanın agentləri ilə danışıqlara başladığını və keçidi bu yay reallaşdırmağı hədəflədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 29 yaşlı Conatan cari mövsüm "əczaçılar"ın forması ilə bütün turnirlərdə 47 matça çıxaraq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Chosen
0
50
fanat.az

10Sources