Bakı. Trend:
Mayın 10-da saat 08:00 radələrində Sumqayıtda piyadanın ölümüilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in əldə etdiyi məlumata görə, Xanbalayev Murad Tahir oğluidarə etdiyi “Mercedes Benz C200” markalı avtomobillə Sumqayıtşəhərindən Şabran istiqamətində hərəkətdə olarkən, H.Z. Tağıyevqəsəbəsi ərazisində yerləşən marketin yanında yerləşən işıqforunqırmızı işığında dayanmış avtomobillə toqquşmamaq məqsədilə sükanısağa çevirərək hərəkətini davam etdirib. Bu zaman o, ehtiyatsızlıqnəticəsində işıqforun yanında dayanmış 1994-cü il təvəllüdlüXudiyev Sadiq Qəfər oğlunu avtomobilin ön hissəsi ilə vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən yerindəcəhəyatını itirib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq ŞöbəsindəAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma –ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) iləcinayət işi başlanılıb, istintaq aparılır.