Dünya üzrə bananları ciddi təhlükə gözləyir.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hazırda istehlak edilən bananların demək olar ki, hamısı tək bir genetik klondan - Kavendiş sortundan əmələ gəlib.
Lakin indi "TR4" adlı torpaq göbələyi banan plantasiyalarına yayılaraq dağıdıcı təsir göstərir. Təxminən bütün banan ixracatının 80%-i bu göbələk təhlükəsi ilə üzləşib. Hazırda "TR4"ə qarşı davamlı geniş yayılmış banan sortu yoxdur.
Bildirilir ki, dərhal tədbirlər görülməsə dünya tezliklə çoxlarının sevimli meyvəsinə həsrət qala bilər.