EN

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrininmagistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək.

Trend xəbər verirki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt,Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 82binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır.İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılışrejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasınaburaxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrədinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətnininsəsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıqvə binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanınbaşlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığıandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçünayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisitәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse)vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxtverilir.

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tiplitapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə essetapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış olabilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri,elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab,dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çantavə digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardanimtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütünbunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtındabaşa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə1 – 14 aprel tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün20549 bakalavr ərizə təqdim edib. Onlardan 19059 nəfər Azərbaycanbölməsi, 1490 nəfəri rus bölməsi üzrə imtahan verəcək.Bakalavrlardan 12743-ü cari ilin, 7806-si isə əvvəlki illərinməzunlarıdır, 51 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 59, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 5,Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq.Bakıda 15038, Naxçıvanda 567, Gəncədə 1255, Sumqayıtda 1532,Abşeronda 1060, Mingəçevirdə 705, Lənkəranda 392 bakalavrın imtahanverəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 82 ümumi rəhbər,232 imtahan rəhbəri, 1872 nəzarətçi, 273 buraxılış rejimi əməkdaşı(mühafizə) cəlb olunacaq.

İmtahanda 18 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirakedəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətlibakalavrların bina və zala daxil olması və hərəkəti üçün də şəraityaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılarüçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlarmayın 1‑dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsikabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahanaburaxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahanverəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. İştirakçılarhəmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilədə buraxılış vərəqələrini çap edə bilərlər.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədlərimütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxudhəmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahanrəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahatimtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təminedilməsi məqsədilə mayın 10-da imtahan mərkəzləri, zallar,giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər NazirliyiBaş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Chosen
0
49
az.trend.az

10Sources