"O vaxt rayondan toy danışmağa gəlirdilər. Deyirdik ki, nə danışmaq, əsas o günə boş olaq. Pul danışmırdıq, deyirdik ki, nə istəsən verərsən. Amma indi heç yerdə özünə iş, sənət tapmayanlar gəlib efiri işğal edib. Oğlanlar var ki, boyu 2 metrdir. Dərnəgüldə körpünün altında dayanır, günü 30 manata iş axtarır. Amma bizdə qızlar var ki, saçına, gözünə əl gəzdirir, onu oraya, bunu da buraya qoyur, özünü düzəldir və deyir ki, toya 7 minə gedirəm. Mənim ağıllı xalqım, onlara verilən pulu kəsin, kasıbla, yetimlə paylaşın".