EN

Pakistan və Hindistan atəşkəs barədə razılığa gəldi


Bu barədə mayın 10-da Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib. "Pakistan və Hindistan dərhal qüvvəyə minən atəşkəs haqqında razılığa gəliblər. Pakistan öz suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmədən həmişə regionda sülh və təhlükəsizliyə can atıb", - deyə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb. ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər. "Birləşmiş Ştatların vasitəçiliyi ilə uzun bir gecə davam edən danışıqlardan sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs haqqında razılığa gəldiyini elan etməkdən məmnunam: "Mən hər iki ölkəni sağlam düşüncədən istifadə etdikləri üçün təbrik edirəm" –deyə ABŞ prezidenti bildirib. ABŞ dövlət katibi Marko Rubio özünün X sosial media səhifəsində onun vitse-prezidenti Venslə Hindistan və Pakistanın yüksək vəzifəli rəsmiləri ilə qarşılıqlı əlaqədə olduqlarını bildirib. Rubio əlavə edib ki, ölkələr atəşkəsi dayandırmaq və neytral ərazidə geniş spektrli məsələlər üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.

Surxay Əliyev

Chosen
0
baki-xeber.com

1Sources