Lənkəran-Lerik magistralında yol-nəqliyyat hadisəsi baş verib.
Şovu kəndi ərazisində minik avtomobili 10 yaşlı M.A.-nı vurub.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Hazırda məktəblinin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.