EN

Hindistan və Pakistan atəşkəsi təsdiqlədi

Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bunu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar BBC-yə müsahibəsində deyib.

Bundan başqa, Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri də atəşkəs razılaşmasını təsdiqləyib.

O qeyd edib ki, iki ölkə arasında atəşkəs yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 15:30) qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun vasitəçiliyi ilə Hindistan və Pakistan arasında tam və dərhal qüvvəyə minən atəşkəs barədə razılığın əldə olunduğunu bəyan edib.

Chosen
0
19
axar.az

10Sources