Hindistan və Pakistan Vaşinqtonun vasitəçiliyi ilə tam atəşkəs barədə razılığa gəliblər.
Manset.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında paylaşım edib.
"ABŞ-nin vasitəçiliyi ilə gecə davam edən uzun danışıqlardan sonra Hindistan və Pakistan tam və dərhal atəşkəs haqqında razılığa gəliblər", - deyə Tramp paylaşımda bildirib.
Eyni zamanda Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar Hindistanla atəşkəs barədə xəbəri təsdiqləyib.
Həmçinin Hindistan tərəfi də Pakistanla atəşkəs və hərbi əməliyyatın dayandırıldığını təsdiqləyib. Bu barədə jurnalistlərə Hindistan mənbələri məlumat veriblər.
"Hindistan və Pakistan arasında atəşkəs və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb", - deyə məlumatda bildirilib.