“Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. Münsiflər heyətinin üzvləri səslərini aşağıda qeyd olunan futbolçulara veriblər.
Misli Premyer Liqasında David Qomis ("Səbail"), 1-ci Liqada İbrahim Əliyev (MOİK) və 2-ci Liqada Elgün Abbaslı ("Füzuli") qalib olub.
Qeyd: II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə “Füzuli”nin futbolçusu Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.