Zaman həmişə alimləri düşündürüb. O, bizim qavrayışımızdan asılı olmayaraq mövcuddurmu?
Azpost.info bildirir ki, Amerika Fizika Cəmiyyətinin nəşri olan “Physical Review A” jurnalında dərc olunan yeni araşdırmada tədqiqatçı Alessandro Koppo başda olmaqla İtaliyadan olan alimlər qrupu zaman nəzəriyyələrindən birini real həyata keçirməyə çalışıblar.
Bu nəzəriyyə “Peyc və Vutters mexanizmi” adlanır. Koppo bunu illərdir öyrənir. Kvant mexanikasına aid olan bu fikir 1983-cü ildə irəli sürülüb.
Klassik fizikada ümumi nisbilik nəzəriyyəsinə görə, zaman dəyişkəndir. Yəni Yerdəki vaxt ilə kosmosdakı zaman arasındakı qavrayış fərqi var. Kvant fizikası isə zaman fərqinin qeydə alınmasını tələb edir.
Bu o deməkdir ki, zaman dəyişkən olmaq əvəzinə (Cazibə və ya cismin Yerdən məsafəsi kimi kənardan müəyyən edilən bir şey olaraq) müstəqil olmalı və onu ölçmək üçün bir yol olmalıdır.
Koppo və onun həmmüəllifləri öz məqalələrində Peyc və Vuttersin nəzəriyyəsini real saat konsepsiyasına çeviriblər. Kvant fizikası çərçivəsində saatlar biləyinizdə taxdığınız və ya ofisinizdə asdığınız saatlara bənzəmir. Bu saatlar ölçü kimi istifadə oluna bilən, proqnozlaşdırılan və vahid davranışa malikdir.
Peyc və Vutters sual verirdilər: Ola bilərmi, bizim dünya kvant sistemində elə dolaşığa düşüb ki, istənilən zaman axını, zaman keçidi bu dolaşıqlığın simptomudur?
Onlar həmçinin hesab edirdilər ki, biz özümüz də vaxt axınını müşahidə edə-edə sadəcə olaraq zaman dolaşıqlığına qarışmışıq. Ona görə ki, kimsə bu dolaşıq sistemdən kənarda olsa görər ki, zaman yerində durub. Beləliklə, “saat” -bu dolaşıq sistemin daxili elementi olaraq zaman axınını göstərir.
Onu real müşahidələrə və real ölçmələrə əsaslanan nəsə bir şeyə çevirmək üçün alimlər məlum fiziki tənlikləri götürüblər və onları Peyc və Vootters ssenarisinə uyğun şərtlərlə məhdudlaşdırıblar.
Onlar bir-biri ilə əlaqəli, lakin qarşılıqlı təsir göstərməyən iki sistemi nəzərdən keçiriblər. Burada bir sistem özündə saatdakı kvars mexanizmi kimi yırğalanmanın harmonik generatoru kimi çıxış edir.
Onların həlli klassik və kvant mexanikasında bir-birinə zidd ola bilməz. Çünki hər bir kvant sistemi kütləyə əsaslanan “makroskopik” həddə çatdıqda onda kifayət qədər hissəciklər yerləşə bilir. Sistemlər həm də klassik fizikaya uyğundur.
AzPost.az