EN

“Mançester Siti” üçün 45 milyonluq müdafiəçi

"Mançester Siti" Braziliyanın "Flamenqo" klubunun sağ cinah müdafiəçisi Uesli Françanın transferi ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Pablo Oliveyra "X" sosial şəbəkəsində (keçmiş Twitter) paylaşım edib.

O bildirib ki, “şəhərlilər” artıq braziliyalı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. "Flamenqo" isə 21 yaşlı futbolçunun keçidi üçün 45 milyon avro tələb edir.

Bu mövsüm müdafiəçi bütün turnirlərdə 19 matçda iştirak edib, o, bir qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin sonuna kimidir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Chosen
0
90deqiqe.az

1Sources