Bakı. Trend:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadanolmasının 102-ci ildönümü münasibətilə Aşqabad şəhərində AzərbaycanRespublikasının Türkmənistandakı Səfirliyi tərəfindən “HeydərƏliyev-Enerji Diplomatiyası: Yaşıl Dünya Naminə Həmrəylik” adlıkonfrans keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Türkmənistandakı Səfirliyindənməlumat verilib.
Bildirilib ki, konfransda çıxış edən AzərbaycanınTürkmənistandakı səfiri Qismət Gözəlov ulu öndər Heydər Əliyevinhəyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanınrifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyininmöhkəmlənməsi sahəsində fəaliyyəti haqqında məlumat verib.Q.Gözəlov bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusuolaraq, ölkənin enerji siyasətinin formalaşdırılmasında əvəzsiz roloynayıb, Azərbaycanın dünya enerji bazarında mühüm oyunçuyaçevrilməsinə zəmin yaradıb. Səfir Heydər Əliyevin enerjisahəsindəki strateji baxışını və bu sahədə atdığı əsaslı addımlarıxatırladaraq, onun müstəqillik dövründə reallaşdırdığı “ƏsrinMüqaviləsi”nin Azərbaycanın iqtisadi və siyasi gücünə böyük töhfəverdiyini vurğulayıb. Səfir qeyd edib ki, məhz Heydər Əliyevintəşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan,Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa kimi enerji layihələri Azərbaycanıqlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevirib.Alternativ enerji sahəsinə də toxunan səfir bildirib ki, HeydərƏliyevin ekoloji təhlükəsizliyə və enerji diversifikasiyasınaverdiyi önəm, bu gün Azərbaycanın “yaşıl enerji” istiqamətindəatdığı addımlara güclü əsas yaradıb. Ümummilli Liderin müəyyənetdiyi enerji siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevinrəhbərliyi ilə uğurla davam etdirilir.
Həmçinin, səfir çıxışında COP29-da əldə edilən mühüm nəticələrhaqqında məlumat verərək, Azərbaycanın beynəlxalq əməkdaşlıq vəiqlim dəyişikliyi məsələlərindəki fəaliyyətlərini vurğulayıb. Səfirbildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi 2024-cü ilinən vacib hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçidstrategiyasının məntiqi davamıdır. Həmçinin, səfir nitqində COP29çərçivəsində ölkəmizin irəli sürdüyü 14 təşəbbüslə yanaşı,keçirilən tədbirlərə, qəbul edilmiş qərarlara, imzalanmış sənədlərədiqqət çəkib. COP29 çərçivəsində Dünya Liderlərinin İqlimFəaliyyəti Zirvəsi zamanı ekoloji məsələlər, maliyyə, investisiya,enerji, sülh, elm, texnologiya, qida təhlükəsizliyi, urbanizasiyavə gender bərabərliyi mövzularında tədbirlərin keçirildiyinibildirilib. Bu tədbirlərdə geniş beynəlxalq iştirakın təminedildiyini və müxtəlif sahələr üzrə mühüm təşəbbüslərin elanedildiyini diqqətə çatdırıb. COP29-un əsas qərarlarından biri kimiyeni iqlim maliyyəsi hədəfinin müəyyən edilməsinə diqqət çəkib.
Eləcə də, Q.Gözəlov nitqində Azərbaycanın iqlim dəyişikliyi iləmübarizədə qlobal və regional əməkdaşlıqdakı roluna toxunub. COP29çərçivəsində Mərkəzi Asiya ölkələri və Türk Dövlətləri Təşkilatıilə aparılan əməkdaşlığa diqqət çəkib. Ölkəmizin təşəbbüsü iləAzərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerjisahəsində strateji tərəfdaşlıq razılaşmasının imzalandığını, Xəzərdənizi vasitəsilə Avropaya təmiz enerji ötürəcək kabel layihəsininhəyata keçiriləcəyini vurğulayıb. Bununla yanaşı, SPECA və CARECproqramları çərçivəsində iqlim və innovasiya sahəsində yeniəməkdaşlıq təşəbbüsləri irəli sürüldüyünü, habelə Xəzər dənizininekoloji və nəqliyyat məsələlərinə toxunulduğu qeyd edib. Bununlayanaşı, səfir COP29-da əldə olunan nailiyyətlərə və statistikməlumatlara diqqət çəkərək, eyni zamanda Azərbaycanın yaşıl enerjigündəliyi, ölkəmizin alternativ enerji sahəsindəki nailiyyətləri,perspektivlər barədə iştirakçılara ətraflı məlumat verib,Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə və qlobal ekolojisabitliyin təmin edilməsində oynadığı rolu bir daha vurğulayıb.
Konfransda Türkmənistan xarici işlər nazirinin müavini ƏhmədQurbanov çıxış edərək bildirib ki, Heydər Əliyev uzaqgörənliyi vəmüdrikliyi ilə Azərbaycanın müasir enerji strategiyasının banisikimi tanınır. Onun əsasını qoyduğu bu siyasət təkcə ölkəniniqtisadi müstəqilliyinin möhkəmlənməsinə deyil, eyni zamanda enerjisahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm töhfəverib.
Həmçinin konfransda Türkiyə səfiri Ahmet Demirok, BöyükBritaniya səfiri Setefen Konlon və Qazaxıstanın səfiri NurlanNoqayev, həmçinin BMT-nin Türkmənistandakı RezidentƏlaqələndiricisi Dmitri Şlapaçenko, BMT Baş katibinin xüsusinümayəndəsi-BMT-nin Mərkəzi Asiyada Preventiv Diplomatiya üzrəRegional Mərkəzinin rəhbəri Kaxa İmnadze, habelə “Çalık Enerji”şirkətinin nümayəndəsi Ahmet Anıl Alişbah çıxış ediblər. Eynizamanda, konfrans çərçivəsində Azərbaycanın millət vəkili, ADAUniversitetinin prorektoru Fariz İsmayılzadənin video çıxışı datəqdim olunub, F.İsmayılzadə Heydər Əliyevin siyasi irsinin müasirdövrdə strateji əhəmiyyət daşıdığını və xüsusilə müasir enerjidiplomatiyasında bu irsin davam etdirilməsinin önəmli olduğunu qeydedib. Çıxış edənlər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq,enerji sahəsindəki strateji təşəbbüslərə, ekoloji təhlükəsizlik vəyaşıl iqtisadiyyat prinsiplərinə toxunub, regionda və qlobalsəviyyədə enerji əməkdaşlığının vacibliyini və bu sahədəki gələcəkinkişaf perspektivlərini qeyd ediblər. BMT Baş katibinin xüsusinümayəndəsi K.İmnadze çıxışında Azərbaycanın həyata keçidirdiyienerji layihələrinin önəmini vurğulayıb, eləcə də Gürcüstanprezidenti Eduard Şevardnadzenin köməkçisi işlədiyi dövrdə HeydərƏliyevlə bağlı yaşadığı xoş xatirələrini konfrans iştirakçıları iləbölüşüb.
Konfransın gedişində sinevizyon vasitəsilə Heydər Əliyevlə bağlıkadrlar yayımlanıb, eləcə də Azərbaycanın alternativ enerjisahəsində həyata keçirdiyi layihələr, həmçinin COP29-da əldəolunmuş nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əksetdirən videoçarxlar nümayiş etdirilib.
Tədbir rəsmi nahar ziyafəti ilə davam edərək, Azərbaycan vədünya bəstəkarlarının klassik musiqiləri ifa olunub. KonfransdaTürkmənistanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatlarınnümayəndələri və əməkdaşları, eləcə də enerji şirkətləri və mediatəmsilçiləri iştirak edib.