İslamabad Hindistanda mülki hədəflərə hücumların qarşısını almaq üçün "xüsusi tədbirlər"görüldüyünü elan edib. Pakistanın Planlaşdırma və İnkişaf Naziri Əhsan İqbal Hindistanla yeni eskalasiyadan sonra tərəflərin eskalasiyadan dialoq və diplomatiyaya keçəcəyinə ümid etdiyini bildirib. O, yerli mediaya (The Guardian sitat gətirir)açıqlamasında "Biz nüvə həddinin keçilməsini istəmirik" deyib. Silahlara Nəzarət Dərnəyinin məlumatına görə, Hindistanda 172, Pakistanda isə 170 nüvə başlığı var. Yeni Dehli açıq şəkildə ilk istifadənin olmaması prinsipini (NFU) dəstəkləyir və nüvə silahından yalnız cavab olaraq istifadə edəcəyini vəd edir. “Bununla belə, Hindistan liderlərinin son savaşqan ritorikası onu deməyə əsas verir ki, hakimiyyət bu mövqeyinə yenidən baxa bilər”,- deyə Newsweek qeyd edir.
Surxay Əliyev