Beyləqan Mərkəzi rayon Xəstəxanasında körpə ölümü baş verib. Rayon Mərkəzi Xəstəxanasına gətirilən körpə reanimasiya şöbəsində ölüb.
Körpənin ölüm səbəbi ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “ 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb”.
MÖVZU İLƏ BAĞLI:
Beyləqanda körpə öldü
Bizim.Media