EN

PSJ-nin bütün əməkdaşlarına finala bilet hədiyyə edildi

Məlum olduğu kimi, Fransa nəhəngi PSJ yarımfinalda “Arsenal”ı ələyərək (səfərdə 1:0; evdə 2:1) Çempionlar Liqasının finalına yüksəlib.

Arena.az “TNT Sports” dərgisinə istinadən məlumat verir ki, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi klub içlilərinin hamısına – 600 nəfərə mötəbər yarışın Münhendə keçiriləcək finalına biletlər hədiyyə edib.

Üstəlik, qətərli iş adamı bu bəxtəvərlərin komanda ilə birlikdə yollanacağı səfərə xərcləri qəpiyinə qədər ödəməyi öhdəsinə götürüb.

Xatırladaq ki, PSJ həlledici oyunda “İnter”ə rəqib olub. İtaliya nəhnəgi yarımfinalda iki dramatik oyunda “Barselona”nı mübarizədən kənarlaşdırıb (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).

UEFA Çempionlar Liqasının cari mövsümünün final oyunu mayın 31-də Münhenin Alyans Arena stadionunda keçiriləcək.

Chosen
0
arena.az

1Sources