EN

FHN Heydər Əliyevin 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyaları keçirdi

Fövqəladə Hallar Nazirliyinin strukturları tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları keçirilib.

Ulu Öndərin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq keçirilən aksiyalarda məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi olub.

Aksiyalarda torpaq-iqlim şəraiti nəzərə alınaraq, seçilmiş ağac növləri uyğun sahələrdə əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Chosen
0
5
publika.az

9Sources