EN

Almaniya kansleri: Türkiyə NATO-nun son dərəcə əhəmiyyətli müttəfiqidir

Türkiyə NATO-nun son dərəcə əhəmiyyətli və dəyərli müttəfiqidir. Bunu Almaniya kansleri Fridrix Merts deyib. Məlumatı “Anadolu” verib. 

Almaniyanın yeni kansleri bu tərəfdaşlığı qorumaq və gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyinə söz verib. 

Alyansın Brüsseldəki mənzil-qərargahında NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında çıxış edən Merts Türkiyənin strateji əhəmiyyətli regionda təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını qeyd edib.

Türkiyənin Avropa müdafiə sənayesinə verdiyi töhfə ilə bağlı “Anadolu”nun sualını cavablandıran Merts bu məsələnin Rutte ilə müzakirə edildiyini bildirib: “Türkiyə strateji əhəmiyyəti göz ardı edilə bilməyən bir ərazini qoruyur. Ona görə də o, bizim üçün son dərəcə vacib və dəyərli NATO tərəfdaşı olaraq qalır. Alyans çərçivəsində bu əməkdaşlığı qorumaq və inkişaf etdirmək üçün mümkün olan hər şeyi edəcəyəm”.

Merz Türkiyənin NATO tərəfdaşlığına sadiqliyinin vacibliyini vurğulayıb və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini bildirib.

“Eurofighter” qırıcılarının təhvil verilməsindən danışan Merz bildirib ki, bu qərarı hökumət verməli olacaq.

P.ƏMİRCANOV
XQ

Chosen
0
xalqqazeti.az

1Sources