EN

Nazim Eynallı: Müasir Azərbaycan dövlətçiliyinin banisi, unudulmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunur » AzadMedia.az


Nazim Eynallı
AAYDA 19 N-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin Direktoru


Ulu Öndər tarixi şəxsiyyətdir. Onun başlatdığı nəhəng işlərin, qazanılan uğurların hər birində onun varlığını hiss edirik. Bu hiss Heydər Əliyevin Azərbaycanın bu günündən şad ruhunu bütün qəlbi ilə duyan hər bir insanın daşımalı olduğu əbədi bir vəzifəni - Ulu Öndər ideyalarına sadiqlik vəzifəsini müəyyənləşdirir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir simasıdır. Heydər Əliyev ölkəsinin inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli tarixi şəxsiyyətdir. Heydər Əliyev tarixin ən çətin və məsuliyyətli zamanlarında da tarix yaratmağın əsl nümunəsini göstərib. Böyük dövlət xadimi Heydər Əliyevdə tarixi şəxsiyyətlər üçün zəruri olan bütün keyfiyyətlər cəmləşib. Möhkəm siyasi iradə, aydın dövlətçilik mövqeyi və ümummilli mənafe bu böyük tarixi şəxsiyyətin həyatının və mübarizəsinin əsas istiqamətlərini müəyyən edib. Tərcümeyi-halının bütün mərhələlərində Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət idi. Bu düşünülmüş, əqidə kimi qəbul edilmiş ümummilli mövqe və müstəqil dövlətçilik strategiyası Heydər Əliyev tərəfindən seçilmiş məqsədyönlü taktika ilə dönmədən həyata keçirilib.
Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz Ümummilli Lider Heydər Əliyevin üzərinə düşüb. O, özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirib işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaradıb. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir anında xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi, çoxlarına əlçatmaz görünən arzuları belə gerçəkləşdirib.
Qəhrəmanlığın, hünərin ən möhtəşəmi Vətən naminə edildiyindən, dahi rəhbərimiz Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətləri Vətən və dövlət, millət və xalq naminə göstərilən bütün fədakarlıqların fövqündə dayanır.
Ulu Öndər Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Bu mənada Ümummilli Liderin misilsiz xidmətləri danılmazdır.
Chosen
0
3
azadmedia.az

4Sources