EN

"Real Madrid" "Ayaks"ın müdafiəçisi ilə maraqlanır

"Real Madrid" "Ayaks"ın 19 yaşlı müdafiəçisi Jorrel Hato ilə maraqlanır.

Operativ Media xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

"Real Madrid" niderlandlı oyunçunu çox yönlülüyünə görə qiymətləndirir. O, həm müdafiənin sol cinahında, həm də mərkəzdə oynaya bilir. Madrid klubu 32 yaşlı David Alabanın yerinə potensial olaraq Hatonu görür. Müdafiəçi İspaniya klubunun marağından xəbərdar olsa da, hazırda bütün diqqətini "Ayaks"da oynamağa cəmləyib.

Hato bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

"Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Chosen
0
25
operativmedia.az

10Sources